Ferrari motorun qənaətcilliyi üzərində gərgin işləyir

Məlum olduğu kimi, bu mövsümdən yarışda yanacaqdoldurma qadağan olunub və maşının rəqabətədavamlılığının həlledici faktorlarından biri motorun qənaətcilliyi olacaq. Hesab olunur […]

Məlum olduğu kimi, bu mövsümdən yarışda yanacaqdoldurma qadağan olunub və maşının rəqabətədavamlılığının həlledici faktorlarından biri motorun qənaətcilliyi olacaq. Hesab olunur ki, Ferrari motorları bu xüsusiyyətlərinə görə Renault və Mercedes motorlarına uduzurlar: komandanın başçısı Stefano Domenikali İspaniyanın Marca dolayı yolla təsdiq edib ki, Maranello yeni maşının hazırlanması zamanı bu sahədə ciddi çətinliklərlə üzləşib…

Stefano Domenikali: “Biz Shell şirkətinin əməkdaşları ilə çox məhsuldar əməkdaşlıq edirik və düzgün istiqamətdə irəliləyirik. Amma qənaətçillik məsələsi hazırda ən vacib və problemli olaraq qalmaqdadır.

Bizim hələ vaxtımız var, Bəhreyn Qran Prisinə qədər məsələni həll etməyə çalışacayıq. Bu il yanacaq effektliyindən çox şey asılı olacaq, o cümlədən yarışın taktikası da.

Maşınların real rəqabətədavamlılığı artıq fevralda məlum olacaq, həm də ilk deyil, son testlərin nəticələri əsas olacaq. Məncə, bizim maşın sürətli olacaq və qələbə uğrunda mübarizə aparmağa imkan verəcək. Amma yaddan çıxarmamalıyıq ki, digər komandalar da yerlərində dayanmayıblar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*