18 Oktyabr 2018, Cümə axşamı - 07:22

Ferrari motorçuları 23 şərti bal “xərcləyiblər”

Ferrari motorçuları 23 şərti bal “xərcləyiblər”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:02 - 18 Mart, 2016

Motor reqlamentinə görə, hər il motor ustaları müəyyən şərti bala uyğun təkmilləşdirmə işləri görə bilərlər. Yəni motorun hissələri şərti ballarla qiymətləndirilib və şirkət yalnız bu bal həcmində dəyişiklik edə bilər. Gələn il bu sistem ləğv olunacaq, bu il isə hər bir motor istehsalçısının ixtiyarında 32 bal var idi.

F-1.az xəbər verir ki, mövsümün startından əvvəl hər bir istehsalçı mövsümlərarası fasilə zamanı gördüyü təkmilləşdirmə işləri barədə FİA-ya hesabat verib, FİA isə hər bir istehsalçının “xərclədiyi” balları açıqlayıb.

Məlum olub ki, ən çox təkmilləşdirmə işini Ferrari motorçuları görüblər, onların işi 23 balla qiymətləndirilib. Mercedes 19, Honda 18, Renult isə 7 ballıq təkmilləşdirmə işləri aparıblar. Mövsümün sonuna qədər hər bir istehsalçı gördüyü işi 32 balla tamamlaya bilər, yəni ən çox mövsümün gedişində Renault motorçular – 25 ballıq iş görə bilərlər.

Renault motorçuları ən az iş gördükləri üçün mövsümün gedişində ciddi inkişaf gözləmək olar. Amma keçən il də şahidi olduq ki, məsələ balın çoxluğunda deyil, bu ballardan nə dərəcədə effektiv istifadə etməkdədir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 462
Teqlər , , , ,
Paylaş

logo