Ferrari motor problemlərini təhlil edib

Çin Qran Prisi ərəfəsində Ferrari komandasının mətbuat xidməti qarşıdakı yarışa və motor problemlərinə həsr olunmuş reliz dərc edib. Malayziyada Fernando […]

Çin Qran Prisi ərəfəsində Ferrari komandasının mətbuat xidməti qarşıdakı yarışa və motor problemlərinə həsr olunmuş reliz dərc edib. Malayziyada Fernando Alonso və Sauber komandasının hər iki sürücüsü motorla bağlı problemlər üzündən mübarizəni dayandırıblar – Skuderiyanın texniki xidmətləri problemlərin səbəblərini araşdırıblar…

Relizdə deyilir: “dünya çempionatının dördüncü mərhələsi ərəfəsində Scuderia Ferrari Marlboro komandası həm şəxsi hesabda, həm də Mühəndislər Kubokunda liderlik edir və bu nikbin olmağa əsas verir. Axı mövsümün ilk iki yarışından fərqli olaraq xarakteristikası başqa olan Malayziya trasında da F10-un rəqabətədavamlılığı təsdiq olunub. Təəssüf ki, biz maşının potensialını tam realizə edə bilmədik – digər komandalar kimi Skuderiya da sıralanma turunda strateji shvə yol verdi.

Komanda Alonsonun maşınında ötürmələr qutusunun probleminin səbəbini müəyyən edib – komponentlərdən biri etibarsız olub, amma yarışın sondan əvvəlki dövrəsində Fernandonun maşınının arxasından çıxan tüstü isə F10-da motorun imtinasından xəbər verirdi. Mövsümün ilk yarışında, Bəhreyndə, motor problemlərini də nəzərə alsaq, bu imtina Scuderia Ferrari Marlboro üçün həyəcan siqnalı ola bilərmi?

Luka Marmorini, motor və elektronika şöbəsinin başçısı: “Biz baş vermiş problemləri ciddi təhlil etdik və gördük ki, onlar bir-biri ilə əlaqədar deyil. Sepanqda Fernandonun maşınındakı motorda struktur imtinası baş verib – qış testlərində biz belə problemlə üzləşməmişdik. Güman edirik ki, buna səbəb startdan əvvəl ötürmələr qutusunda yaranmış problem üzündən motorun qeyri-adi rejimdə işləməsi olub. Bundan başqa bu problem son yarışda Sauber maşınlarında yaranmış problemlə bağlı deyil – həmin maşınlarda elektronika sıradan çıxıb.

Mövsümün gedişində hər bir maşında səkkiz motor işlədilə bilər, biz Bəhreyn motorlarından sonrakı iki yarışda istifadə etməmişik, amma Şanxayda sərbəst yürüşlərdə biz bunu edəcəyik – motorlar tam işə yararlıdırlar.

Biz motorların və maşınların effektliyindən tam razı qala bilərik, hərçənd, qarşıda bizi motorun təkmilləşdirilməsi gözləyir – hətta “dondurulmuş reqlament” çərçivsəində bunu etmək mümkündür. Biz əsas diqqəti qənaətcilliyə və etibarlılığa yönəldəcəyik.””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*