20 Oktyabr 2018, Şənbə - 08:44

Ferrari Monakoda köhnə asılqanlara qayıdır

Ferrari Monakoda köhnə asılqanlara qayıdır

Müəllif: Rauf Hacıyev, redaktor

08:09 - 24 May, 2018

Ferrari komandası İspaniyada onları geri salan asılqan sistemindən imtina edərək, köhnə versiyaya qayıda bilər.

F-1.az xatırladır ki, “qırmızılar” İspaniyada əsas rəqibləri Mercedes-in tempinə cavab verə bilməmiş və mövsümdə ilk dəfə podiumdan kənarda qalmışdılar.

Qırmızı maşınlar İspaniyada təkərləri daha tez yeyirdilər. Yeni asılqan bolidi daha aqressiv edirdi və aerodinamik fayda qazandırırdı. Fettel isə Barselonadakı mövsümiçi testlərdən sonra bildirmişdi ki, harada səhv etdiklərini anlamaq üçün hərtərəfli araşdırma aparırlar. Nəticədə komanda yeni asılqanlardan şübhələnib və Monakoda Fettelin bolidində əvvəlki asılqanlar olacaq. Komandanın daha sonra hansı qərarı alacağı müəmmalıdır. Ferrari sıralanma turu və yarışda yeni asılqanlara qayıda bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 107
Teqlər , ,
Paylaş

logo