21 Sentyabr 2018, Cümə - 12:27

Ferrari Mercedes-ə çatıb?

Ferrari Mercedes-ə çatıb?

Müəllif: Rauf Hacıyev, redaktor

08:12 - 05 Mart, 2018

Bəzi iddialara əsasən, Ferrari-nin yeni bolidinin təkər bazası Mercedes qədər uzundur.

F-1.az xatırladır ki, Mercedes-in keçənilki bolidinin təkər bazası 376 sm, Ferrari-ninki isə 369 sm idi.

“Qırmızılar” həmişə təkər bazasını gizli saxlamağa çalışırlar, amma builki bolidin uzun olması açıq-aşkar görünür. Belə görünür ki, “şahə qalxan atlar” Mercedes-in təkər bazasını nüsxələyiblər. İlkin hesablamalara əsasən, builki təkər bazası 5 sm uzanıb. Şəkillərdən aparılan hesablamalara əsasən, “gümüşü oxlar” yenə də 376 sm təkər bazasına sahibdirlər. Ferrari isə onlardan 2-3 sm geri qalır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 187
Teqlər , , ,
Paylaş

logo