20 Noyabr 2017, Bazar ertəsi - 07:40

Ferrari Mercedes-ə baş qoşmaq istəmir

Ferrari Mercedes-ə baş qoşmaq istəmir

Müəllif: Rauf Hacıyev, redaktor

20:13 - 26 İyun, 2017

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Azərbaycan yarışından sonra Mercedes ilə dava etmək istəmir.

F-1.az xatırladır ki, Bakıda sadəcə Fettellə Həmilton yox, eyni zamanda Rəykkönenlə Bottas da insident yaşayıblar. Hadisələrdən sonra Mercedes tərəfi sərt açıqlamalar versə də, Ferrari tərəfi bu mövzuların arxa planda həll edilməsini istəyir.

Mauritsio Arrivabene: “Yarışın təhlilini aparacağıq, lakin şikayət etməyəcəyik. Çünki bizim stilimiz belədir. Bottas və Rəykkönen arasında yaşananlar və daha sonra Fettelin yaşadığı hadisələrə baxsaq, F1-dəyik yoxsa Kolizeydəyik, anlamıram. Buna baxmayaraq, sərt mübarizə apardıq və Avstriyada daha qərarlı olacağıq. Çünki biz az danışıb çox işləyirik.

Bu gün əla şou göstərdik. Mexaniklərimiz qırmızı bayraqdan maksimum istifadə edərək, Rəykköneni yenidən ttrasa qaytardılar. Mənim tanıdığım Ferrari budur. Heç vaxt təslim olmayan komandadır və heç vaxt təslim olmayacağıq.

Lauda istədiyini deyə bilər. Bəzən özbaşına, bəzən də bizimlə danışır. Amma biz səssizliyimizi qoruyacağıq. Biz işləyirik və Laudanın danışmasına icazə veririk. Onun öz fikirləri var, bizim öz fikirlərimiz. Avstriyada görüşəcəyik. O danışmağa, biz də dinləməyə davam edəcəyik. Növbədə 12 yarış var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 708
Teqlər , , , , , , , , , ,
Paylaş

logo