Ferrari maşının adını dəqiqləşdirib

Bu gün səhər Ferrari komandası Ford şirkəti ilə Skuderiyanın yeni maşınının adı ətrafında mübahisəni həll etdikdən sonra, Maranelloda maşının adını […]

Bu gün səhər Ferrari komandası Ford şirkəti ilə Skuderiyanın yeni maşınının adı ətrafında mübahisəni həll etdikdən sonra, Maranelloda maşının adını bir daha dəqiqləşdirmək qərarına gəliblər.

Maşın təqdimat mərasimində İtaliyanın birləşməsinin şərəfinə F150 adlandırılmışdı. Amma Ford şirkəti bu ada qarşı çıxdıqda maşının adı Ferrari F150th İtalia oldu – nəticəsə amerikalılar iddianı geri götürdülər.

Amma Skuderiya bu gün maşının adını bir daha dəyişdiyini elan edib, bu gündən yeni maşın Ferrari 150° İtalia adlanacaq – F abrevaturası götürülüb və ingilis dilindəki “th” say sonluğu “°” italiyalı ekvivalenti ilə əvəz olunub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*