22 Noyabr 2017, Çərşənbə - 12:56

Ferrari komandası Mercedes AMG ilə mübarizə apara biləcək?

Ferrari komandası Mercedes AMG ilə mübarizə apara biləcək?

Müəllif: Elçin Zodorov, redaktor

20:46 - 29 Fevral, 2016

Keçən həftə keçirilən mövsümöncəsi ilk testlərdə Ferrari bütün komandaları qabaqladı. Amma son 2 ilə dominantlıq edən Mercedes AMG heç bir dövrə də olsun yumşaq təkərlərdən istifadə etmədi…

F-1.az xəbər verir ki, mövsümün başlamasına çox az vaxt qalmış hər kəsi maraqlandıran sual Ferrari-nin Mercedes AMG ilə rəqabət apara bilib-bilməyəcəyidir. Bu barədə müxtəlif fikirlər səsləndirilir.

Ferrari pilotları maşının 2015-ci ildəkindən daha yaxşı olacağını düşünür. Amma Valtteri Bottas bu düşüncəni normal hesab edir: “Əlbəttə, hər kəs öz maşınının keçən dəfəkindən daha yaxşı olduğunu deyəcək”.

Le Figaro-ya müsahibə verən Niko Rosberq isə bildirib: “Bəzi güclü komandalar var, amma Ferrari ilə aramızda gərgin mübarizə olacağını düşünürəm”.

Ferrari-nin rəhbəri Mauritsio Arrivabene bu barədə La Stampa-ya danışıb: “Sürücülərin və mühəndislərimizin fikrincə, yaxşı maşına sahibik. Amma hazırda Mercedes AMG ilə müqayisə etmək çətindir. Qarşıda 4 test günü var və bu testlərdən sonra hər şey bir qədər də aydın olacaq…”

Fairfax Media-nın suallarını cavablayan Felipe Massa isə belə düşünür: “Ferrari və Mercedes AMG bizdən irəlidə olacaqlar. Amma hansının 1-ci olacağını deyə bilmərəm. Biz özümüz 3-cü yeri təmin etmək üçün Red Bull-u mütləq keçməliyik…”

Biz bu sualın ən dəqiq cavabını mövsüm ərzində ala biləcəyik. İlk yarışa isə artıq 3 həftədən az vaxt qalıb…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 184
Teqlər , , , , , , , , , ,
Paylaş

logo