Ferrari komandası Kanadaya yeni mühərrik gətirəcək

Ferrari komandası Kanada QP-yə təkmilləşdirilmiş mühərrik gətirməyi planlaşdırır.

F-1.az xatırladır ki, italyanlar mövsümə qələbə hədəfi ilə başlasalar da, ilk 6 yarışdan sonra hələ də qələbə üzünə həsrətdirlər. Sıralanma turu performansının zəifliyinə görə Monakoda podium görə bilməyən italyanlar, artıq vəziyyəti öz xeyirlərinə dəyişdirmək istəyirlər.

Hazırda təkər təzyiqi ilə bağlı müzakirələr davam edir və komanda çox vaxt təkərlərə qənaət etməyə fokuslanır. Amma italyanlar eyni zamanda yenilənmiş mühərriyi də dəyərləndirirlər.

Ferrari 3 şərti baldan istifadə edərək, Rusiyaya yeni bir mühərrik gətirmişdi. Amma hazırda şərti ballardan istifadə edilib-edilməyəcəyi məlum olmasa da, Arrivabene bildirib ki, yeni mühərrik təkmilləşmiş olacaq: “Güc qurğusunu inkişaf etdirəcəyik. Amma şərti ballardan istifadə edəcəyimiz məlum deyil. Qərar vermək üçün FİA ilə danışırıq”.

Arrivabene bildirib ki, rəqibləri daha yaxşı təkər təzyiqlərindən istifadə edərək, sıralanmada üstünlük qururlar və onlar da bu məsələnin üstündə işləyəcəklər: “Barselona və Monakoda problem şənbə günündə idi. Biz başa düşməyə çalışırıq, çünki 1-ci və 2-ci sessiyalardakı sürətimizi 3-cü sessiyaya əks etdirə bilmirik. Təkərlərin işləmə aralığı barədə danışırıq. Nələrin baş verdiy ilə bağlı daha detallı bir təhlil istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*