Ferrari komandası Banco Santander-lə müqaviləsini Monsada elan edəcək

Madridin idman qəzeti Marca xəbər yayıb ki, sentyabrda İtaliya Qran Prisi günlərində Ferrari İspaniyanın Santander bankı ilə üçillik müqavilə bağlamasını […]

Madridin idman qəzeti Marca xəbər yayıb ki, sentyabrda İtaliya Qran Prisi günlərində Ferrari İspaniyanın Santander bankı ilə üçillik müqavilə bağlamasını rəsmən elan edəcək…

Gələn ildən qüvvəyə minəcək bu müqavilə barədə çoxdan deyirlər, amma hələlik tərəflərdən heç biri rəsmi bəyanat verməyib. Şayiələrə görə, Monsada Skuderiya Fernando Alonsonun gələn ildən Ferrari-nin heyətində çıxış etməsini açıqlamalı idi, amma indi qəzet bildirib ki, komandanın heyəti ən tezi mövsümün sonunda bəlli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*