17 Oktyabr 2018, Çərşənbə - 05:26

Ferrari Kanada Qran Prisi üçün yeni turbin hazırlayıb

Ferrari Kanada Qran Prisi üçün yeni turbin hazırlayıb

Müəllif: Elçin Zodorov, redaktor

11:19 - 07 İyun, 2016

Mövsümə gözlənildiyi qədər güclü başlaya bilməyən komanda Kanadada yeni turbindən istifadə edəcək.

F-1.az xəbər verir ki, Auto Motor und Sport Ferrari-nin növbəti yarışa yenilənmiş turbin gətirəcəyini bildirib. Komandanın bundan əvvəl hazırladığı turbində olduqca çox etibarlılıq problemləri ortaya çıxmış, aprel ayından etibarən əsas diqqət turbinə yönəldilmişdi. Yeni turbin ilə birlikdə komandanın motorun tam gücündən istifadə edə biləcəyi iddia edilir.

RTL-in iddiasına görə isə, Ferrari turbin üzündən hər dövrədə yarım saniyə vaxt itirirmiş.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 535
Teqlər , ,
Paylaş

logo