Ferrari hər şeyə sıfırdan başlamalıdır

İtaliya mətbuatı Britaniya yarışında Mercedes-dən zəif çıxış edən Ferrari-ni sərt tənqid edib.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Silverstounda dubl etmişdi, lakin Ferrari komandasının hər iki sürücüsü də yarışın sonunda təkərlə bağlı problem yaşayaraq, yarışı 3-cü və 7-ci yerdə tamamlamışdılar.

La Gazetta dello Sport: “Silverstoun Ferrari-nin ən bərbad məğlubiyyəti oldu. Ferrari evə Britaniyanın Mercedes üçün geridönüş nöqtəsi olduğunu düşünərək qayıdır. Son 3 yarış çətin idi və artıq narahatlıq artıb”.

Corriere dello Sport: “Ferrari yaxşı vəziyyətdə deyil. Mercedes problemləri həll edərkən, Ferrari-nin performansı get-gedə zəifləyir. Maranello hər şeyə sıfırdan başlamalıdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*