Ferrari F.Massaya son şans verməyə hazırdır

Son iki ildə Ferrari Felipe Massanı aktiv müdafiə edirdi – braziliyalı sürücü əvvəlki səviyyədə çıxış edə bilmirdi. Bu il isə […]

Son iki ildə Ferrari Felipe Massanı aktiv müdafiə edirdi – braziliyalı sürücü əvvəlki səviyyədə çıxış edə bilmirdi. Bu il isə komandanın iki sürücüsü arasındakı fərq yüksək səviyyəsinə çatıb: arxada qalan beş yarışda Felipe cəmi iki xal qazanıb, amma onun komanda yoldaşı Sebastyan Fettellə birlikdə çempionata başçılıq edir.

Nəticədə Ferrari Mühəndislər Kubokunda Red Bull, McLaren və Lotus-a uduzur, hərçənd, komanda ümid edir ki, növbəti Monako Qran Prisində braziliyalı sürücü layiqli nəticə göstərə biləcək…

Komandanın rəsmi saytında dərc olunmuş bəyanatdan: “Əgər Ferrari-nin və onun sürücülərinin nəticələrindən danışsaq, Fernando Alonso həmişə yüksək səviyyədə çıxış edib (2010-cu ildə son yarışda titulu əldən verən ispaniyalı sürücü 252, keçən il isə dördüncü yeri tutmuş sürücü 257 xal toplayıb). Eyni zamanda Massanın nəticələrinin aşağı düşməsi aşkardır: iki il əvvəl braziliyalı sürücü 114, keçən il isə 118 xal toplamışdı, mövsümün arxada qalan beş yarışında isə cəmi 2 xal toplayıb. İspaniyada Felipenin həm sıralanma turunda, həm də yarışda bəxti gətirmədi, amma hamı, ən çoxu isə Felipenin özü, ümid edir ki, Monakoda vəziyyət dəyişəcək.”

Britaniyanın Autosport həftəliyi güman edir ki, Maranello braziliyalı sürücünün əvəz olunması üzərində ciddi işləyir və həm yaxın gələcək, həm də uzaq perspektiv varinatları nəzərdən keçirir.

Massanın yerinə əsas namizəd isə əvvəlki kimi Serxio Peres sayılır, amma Autosport-un məlumatına görə, Skuderiya Ferce İndia sürücüləri Pol di Resta və Niko Hülkenberqi izləyir, eləcə də mövsümün yerdə qalan yarışlarına Lotus komandasının ehtiyat sürücüsü Jerom D’Ambrozio da dəvət oluna bilər.

Autosport yazır: “Belçikalının böyük üstünlüyü var: onun heç bir komanda qarşısında cari öhdəliyi yoxdur və yarım ili məmnuniyyətlə qırmızı kombinezonda keçirə bilər. Bu müddət ərzində komanda Fernando Alonso üçün gələn mövsümə layiqli komanda yoldaşı axtarışını davam etdirə bilər…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*