Ferrari F.Massanı vaxtından əvvəl qovmasını təkzib edib

Felipe Massanın Ferrari komandası iə cari müqaviləsi 2012-ci ilin sonuna qədər qırmızı kombinezon geyməyə nəzərdə tutur. Braziliyalı sürücü uğursuz 2011-ci […]

Felipe Massanın Ferrari komandası iə cari müqaviləsi 2012-ci ilin sonuna qədər qırmızı kombinezon geyməyə nəzərdə tutur. Braziliyalı sürücü uğursuz 2011-ci il mövsümündən sonra bu il nəticələrin yaxşılaşmasına ümid edirdi. Amma Avstraliya yarışı 30 yaşlı sürücü üçün uğursuz alınıb.

Bu vəziyyətdə komandanın Felipe ilə yollarını ayırması barədə şayiələr hissolunacaq dərəcədə güclənib – onun yerinə namizədlər siyahısında isə Serxio Peresin, Adrian Sutilin və hətta Yarno Trullinin adları çəkilir. Amma Skuderiya əmin edir ki, Felipe mövsümün bütün yarışlarını kçeirəcək.

Ferrari komandasının mətbuat katibi Luka Kolayanni O Estado de Sao Paulo qəzetinə müsahibəsində bildirib ki, Massanın komandanın qovulması barədə şayiələrin heç bir əsası yoxdur. Onun sözlərinə görə, komanda sürücünü tam dəstəkləyir – məhz buna görə də Felipe üçün Malayziya Qran Prisində yeni şassi hazırlanıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*