Ferrari FİA-ya rəsmi şikayət göndərib

Biz artıq xəbər vermişdik ki, Ferrari komandası Braziliya Qran Prisinin nətcələrindən FİA-ya şikayət edə bilər. Komanda yarışın 4-cü dövrəsində Sebastyan […]

Biz artıq xəbər vermişdik ki, Ferrari komandası Braziliya Qran Prisinin nətcələrindən FİA-ya şikayət edə bilər. Komanda yarışın 4-cü dövrəsində Sebastyan Fettelin Jan Erik Verni ötməsini şübhəyə salıb – komandanın fikrincə, bu manevr sarı bayraqlar altında baş tutub.

Britaniyanın Autosport həftəliyinin bildirdiyinə görə, FİA Red Bull sürücünün hərəkətlərində heç bir qanun pozuntusu görməyib və jurnalistlərin fikrincə, federasiyanın insident barədə rəsmi açıqlamasından sonra komandanın protest verməsi başqa məqsədlər güdə bilər.

Amma komanda rəsmi saytında bildirib ki, Skuderiya federasiyaya göndərdiyi məktubunda mübahisəli insidenti izah etməsini gözləyir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*