Ferrari F60 test məsafəsinə görə liderlik edir

2008-2009-cu illərin mövsümləri arasında çempionat iştirakçıları artıq səkkiz trasda 13 test sessiyası keçiriblər, testlərdə Formula1-də debüt etmiş gənc sürücülər də […]

2008-2009-cu illərin mövsümləri arasında çempionat iştirakçıları artıq səkkiz trasda 13 test sessiyası keçiriblər, testlərdə Formula1-də debüt etmiş gənc sürücülər də daxil olmaqla cəmi 39 sürücü iştirak edib. Testlər proqramı keçən il noyabrın 17-də Barselonada start götürüb, ən böyük məsafəni Sebastyen Buemi qət edib – 4215 km. İsveçrəli sürücü McLaren-in test pilotu Pedro de la Rosa kimi 9 test günü çalışıb, amma testlərin hamısını keçənilki maşınla keçirib, ondan fərqli olaraq ispaniyalı sürücü 2510 km-lik məsafəni həm McLaren MP4-23-ün, həm də MP4-24-ün sükanları arxasında keçirib..

Yeni maşınlara gəldikdə isə, Ferrari F60 təqdimetmə mərasimindən sonra artıq 1598 km məsafə qət edib (1095 km Massa və 503 km Rəykkönen), Williams FW31 – 950 km (131 km Hülkenberq, 4 km Nakacima və 815 km Rosberq), McLaren MP4-24 – 884 km (505 km de la Rosa və 379 km Həmilton), Toyota TF109 – 686 km (247 km Kobayaşı, 299 km Qlok və 140 km Trulli), Renault R29 isə cəmi 594 km (398 km Alonso və 196 km Pike) məsafə qət ediblər.

BMW Sauber komandası hələ F1.09-un testlərini başa vurmayıb. Valensiyadakı yaxşı hava məhsuldar işləməyə imkan verir, ona görə də komanda bu reytinqə başçılıq edə bilər – Robert Kubitsa 3 gün ərzində artıq 1153 km məsafə qət edib, Nik Haydfeld isə daha iki gün trasda çalışacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*