Ferrari – dəyişiklik yoxdur

Bəhreyndə hər iki Ferrari sürücüsü sıralanma turunun sons essiyasına keçə bilib, amma Felipe Massa 8-ci, Kimi Rəykkönen isə 10-cu nəticə […]

Bəhreyndə hər iki Ferrari sürücüsü sıralanma turunun sons essiyasına keçə bilib, amma Felipe Massa 8-ci, Kimi Rəykkönen isə 10-cu nəticə ilə kifayətlənməli olublar…

Felipe Massa: “Bəlkə də biz bir addım irəli atmışıq. Amma biz aydın başa düşürük ki, hələ çox işləməliyik. Şəxsən mən yenidən son sessiyaya keçməyimə çox şadam. Ümid edirəm ki, yarışı yaxşı keçirəcəm və ilk xalları qazana biləcəm. Səhər maşın qaydasında idi, amma sıralanma turunda maşında izafi dönüşlük yaranmışdı. Yəqin trasın qızması buna səbəb olmuşdu. Sabah daha isti olacaq və təkərin etibarlılığı cə effektliyi vacib rol oynayacaq. Biz əlimizdən gələni edəcəyik. Xüsusən startda KERS kömək etməlidir.”

Kimi Rəykkönen: “Bundan yüksək nəticəyə ümid etmirdim. İlk sessiyalarda maşının idarəolunması əla idi, amma son sessiyada mənim yumşaq təkər dəstim qurtardı. KERS bir qədrə sürət artımı verdi. Sabah yükəsk temperatur üzündən yarış çətin olacaq. Baxaq görək nə edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*