20 Oktyabr 2017, Cümə - 16:18

Ferrari-də gözlənilməz ayrılıq!

Ferrari-də gözlənilməz ayrılıq!

Müəllif: Rauf Hacıyev, redaktor

16:36 - 06 İyul, 2017

Ferrari komandasının baş motorçusu Lorentso Sassi şirkətin prezidenti Sercio Markionnenin istəyi ilə vəzifəsindən ayrılıb.

F-1.az İtaliya mətbuatına istinadən bildirir ki, Lorentso Sassi vəzifəsindən uzaqlaşdırılıb. Ferrari bu xəbəri təsdiqləməsə də, təkzib də etməyib. Xəbərdə deyilir ki, Sassi artıq Markionnenim istəyi ilə baş motorçu vəzifəsini icra etməyəcək.

Qeyd edək ki, “qırmızılar” Mattia Binotto və Lorentso Sassinin rəhbərliyi altında yaxşı başlanğıc edərək, 8 yarışda 3 qələbə qazanıblar və Mühəndislər Kubokunda Mercedes-dən 24 xal geri qalaraq, ikinci yerdə qərarlaşıblar.

Uzun müddət Ferrari-də işləmiş və vacib mühəndislərdən biri olan Sassinin ayrılığının komandaya necə təsir edəcəyi hamıya maraqlıdır. Xatırladaq ki, Ferrari keçən ilin iyulunda Ceyms Əllison ilə yollarını ayırmışdı.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 576
Teqlər , , ,
Paylaş

logo