Ferrari azarkeşlərinə M.Şumaxeri dəstəkləməyi təklif edib

Ferrari komandası azarkeşlərinə təklif edib ki, sabah Qrenoblda zədələnmiş Mixael Şumaxerə xüsusi dəstək aksiyası keçirsinlər… Komandanın mətbuat xidməti rəsmi Facebook […]

Ferrari komandası azarkeşlərinə təklif edib ki, sabah Qrenoblda zədələnmiş Mixael Şumaxerə xüsusi dəstək aksiyası keçirsinlər…

Komandanın mətbuat xidməti rəsmi Facebook səhifəsində yazıb ki, “bu çətin günlərdə və sabah Mixael Şumaxerin ad günü münasibətilə Scuderia Ferrari-nin fan-klubları öz dəstəklərini nümayiş etdirmək arziusu ilə Qrenoblun universitet hospitalı önündə susqunluq və taktiki aksiya keçirəcəklər. Qoşulmaq istəyirsiniz? Sizə ən yaxın kluba müraciət edin və əlavə məlumat alın.”

Şumaxerin ailəsi artıq Mixaeli dəstəkləyən hər bir şəxsə minnətdarlıq edib…

Sürücünün rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir: “Mixaelin keçirdiyi qəzadan sonra biz bütün dünyadan olan azarkeşlərə minnatdarlığımızı bildirmək istəyirik – bu günlərdə hamı təəssüflənir və Mixaelə tez sağalmağı arzu edir. Azarkeşlər bizə böyük dəstək verirlər. Biz bilirik ki, Mixael əsl döyüşçüdür və o, təslim olmayacaq…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*