24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:20

Ferrari Avstriyada Halonun yeni versiyasını test edəcək

Ferrari Avstriyada Halonun yeni versiyasını test edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

19:17 - 30 İyun, 2016

Ferrari Avstriyaya gələn il istifadə edilməsi planlaşdırılan Halo sisteminin ikinci versiyasını gətirib…

F-1.az xatırladır ki, italyanlar mövsümöncəsi qış testlərində orijinal Halo sistemini ilk dəfə istifadə etmişdilər və daha sonra sistemi inkişaf etməyə fokuslanmışdılar. Titandan düzəldilən və birinci versiyadan daha kiçik olduğu deyilən yeni Halodan gələn il istifadə edilə biləcəyi deyilir.

Ferrari çərşənbə günü verdiyi açıqlamada bildirmişdi ki, cümə günü keçiriləcək sərbəst yürüşlərdə Halonun yeni versiyasını test edəcək. Yeni versiyanın 2017-ci ildə istifadə edilib-edilməyəcəyi gələn həftəsonu dəqiqləşəcək. FİA daha əvvəl bildirmişdi ki, iyul ayına qədər sistemin istifadə edilib-edilməyəcəyinə qərar verəcəklər. Gələn həftə keçiriləcək iclasda bu mövzu barədə ətraflı danışılacaq.

Xatırladaq ki, Halonun tək alternativi olan AeroScreen sisteminin inkişafı Red Bull tərəfindən dayandırılıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər , , ,
Paylaş

logo