19 Noyabr 2017, Bazar - 08:38

Ferrari Avstraliyaya yeni mühərrik gətirəcək?

Ferrari Avstraliyaya yeni mühərrik gətirəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

19:58 - 24 Fevral, 2016

Ferrari komandasının mühərriklə təmin etdiyi Haas komandasının sahibi Cin Haas bildirib ki, italyanlar mövsümün ilk yarışı Avstraliya QP-nə yenilənmiş mühərriklə gələcəklər.

F-1.az xəbər verir ki, Ferrari komandası keçən ildən bu yana mühərriyində radikal dəyişikliklər edib və Barselonada yeni mühərrikdən istifadə edir. Haas komandası da mühərriyin yeni versiyasından istifadə edir. Sauber keçənilki bolidi istifadə etdiyi üçün, Toro Rosso isə müqaviləyə əsasən 2015-ci ildəki mühərrikdən istifadə edirlər.

Haas komandasının sahibi Cin Haas mühərrik barədə danışıb: “Belə başa düşdüm ki, hazırda istifadə etdiyimiz mühərrik Avstraliya QP-də istifadə edəcəyimiz mühərrik deyil. Bunlar sadəcə test paketidir və buna görə də yarışdakı mühərrik fərqli olacaq”.

Haas ona verilən – “Ferrari-nin yeni mühərriyini istifadə edirsiniz?” – sualına belə cavab verib: “Bilmirəm. Keçən ildən bu yana çoxlu dəyişikliklər ediblər və bizə deyiblər ki, bu yeni güc qurğusudur. Ona görə də testlərdə etibarlılığı yoxlamaq üçün fərqli paketlərdən istifadə edə bilərlər.

Mən xəyal edirəm ki, hər mühərrik arasında kiçik fərqlər ola bilər.

Onlar şassidə olan problemi görmək üçün bizdən daha çox dövrə atmağımızı istəyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 259
Teqlər , ,
Paylaş

logo