Ferrari artıq yeni maşın üzərində işə başlayıb

İspaniyanın Marca qəzeti xəbər verib ki, Ferrari artıq gələn mövsümün maşını üzərində aktiv işləyir. Əgər bu mövsümün ilk Qran Prilərinin […]

İspaniyanın Marca qəzeti xəbər verib ki, Ferrari artıq gələn mövsümün maşını üzərində aktiv işləyir. Əgər bu mövsümün ilk Qran Prilərinin ənənəsi davam edərsə və Sebastyan Fettel stabil qələbə qazanarsa, artıq yayda titul uğrunda mübarizədə rəqiblərin şansları minimuma enəcək və bu vəziyyətdə gələn ilə hazırlığa keçid anını ötürməmək çox vacibdir ki, gələn il vəziyyəti dəyişməyə cəhd edə biləsən.

Skuderiyanın mühəndisləri hazırkı maşının sürət və effektliyinin artırılması üzərində işlərini davam etdirəcəklər, altlığın, diffuzorun, qazburaxma sisteminin, ön və arxa antiqanadların konfiqurasiyaları təkmilləşdiriləcək, amma Maranelloda artıq gələn ilin maşını üçün konsepsiya və həlledici elementlər – şassi, asılqan, balaca ötürmələr qutusu və soyutma sistemi hazırlanır.

Vəziyyəti komandanın baş konstruktoru Nikolas Tombasis şərh edib: “Yeni layihə mayda start almalıdır, əks halda çox gecikə bilərik. Bu il meydana çıxmış problemləri nəzərə alsaq, biz yeni maşının hazırlanmasında daha aqresiv yanaşma seçmişik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*