15 Dekabr 2017, Cümə - 10:32

Ferrari 2016-cı ildə retro dizaynda yarışa bilər

Ferrari 2016-cı ildə retro dizaynda yarışa bilər

Müəllif: Rauf Hacıyev, redaktor

07:28 - 29 Yanvar, 2016

Ferrari hələ də 2016-cı ildə yarışacağı bolidin necə görünəcəyi barədə xəbər verməyib. Yeni avtomobilin fevralın 19*da təqdim ediləcəyi gözlənilir. Amma F1 Analisti Tecnica dərgisi xəbər verir ki, Ferrari-nin qırmızısına ağ rəng də əlavə edilə bilər…

F-1.az xəbər verir ki, bu ağ xətt Niki Lauda və Jan Alezinin idarə etdiyi Formula1 bolidlərini xatırladır.

Əgər bu xəbər doğru olsa, italyanların 2016-cı ildə yarışacağı bolid Ferrari F93A-nı xatırladacaq. Tiffozilər F93A markalı bolid ilə 1993-cü ildə yarışıb. Bu bolidi Jan Alezi və Gerhard Berger idarə edib.

Xəbərdə qeyd edilib ki, yeni Ferrari-nin üzərində olacaq ağ zolaq qış çələngini və ya Kimi Rəykkönenin tekilasında olan duz həlqəsini xatırladacaq.

F1 Analisti Tecnica əlavə edib ki, xəbərin mənbəyi Ferrari-dən etibarlı şəxsdir.

Bu xəbərin doğru olub-olmadığını öyrənmək üçün Ferrari-nin yeni bolidinin təqdimatını gözləmək lazımdır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər , , , , ,
Paylaş

logo