Ferrari 2010: F.Alonso və F.Massa

Ferrari komandası bu gün təsdiq edib ki, Fernando Alonso ilə üçillik müqavilə bağlanıb və ispan sürücü gələn mövsüm komandada Kimi […]

Ferrari komandası bu gün təsdiq edib ki, Fernando Alonso ilə üçillik müqavilə bağlanıb və ispan sürücü gələn mövsüm komandada Kimi Rəykköneni əvəz edəcək, bu münasibətlə komanda rəsmi mətbuat relizi yayıb…

Relizdə deyilir: “Maranello, 30 sentyabr 2009-cu il. Scuderia Ferrari Marlboro elan edir ki, Fernando Alonso ilə üçillik müqavilə bağlanıb və o gələn ildən komandada çıxış edəcək. Gələn il Ferrari-də Felipe Massa və Fernando Alonso çıxış edəcəklər, Cankarlo Fizikella isə ehtiyat sürücü statusunu alacaq.

Kimi Rəykkönen mövsümün sonunda komandanı tərk edəcək, 2007-ci ildə titul qazanamqla başlayan əməkdaşlıq bu il sona çatacaq.

Stefano Domenikali: “Biz komandada yeni sürücünü qəbul etməyə şadıq, o qələbə qazanmağı bacarır, istedadını göstərib, iki dəfə dünya çempionu olub və biz Kimi Rəykkönenə bizim komandaya elədiyi hər şeyə görə minnətdarlıq edirik.

Rəykkönen Ferrari-nin sükanı arxasında debüt ilində titul qazanmaqla son iki ildə Mühəndislər Kubokunun qazanılmasında da həlledici rol oynayıb. Bizim üçün çətin olan 2009-cu ildə o bir daha sürətini nümayiş etdirib, gözəl nəticələr göstərib və Spada qələbə qazanıb. Biz əminik ki, o yerdə qalan üç yarışı da yüksək səviyyədə keçirəcək.”

Kimi Rəykkönen: “Ümumi razılıq əsasında biz müqavilini vaxtında əvvəl pozmağı qərara aldıq. Komandanı təəssüflə tərk edirəm, bu komandada üç fantastik il keçirdim, 2007-ci ildə komandada titul qazandım və bununla da karyeramın əvvəlindən qarşıma qoyduğum məqsədimə çatdım. Mən Ferrari-də özümü həmişə evdəki kimi hiss etmişəm və birgə əməkdaşlığımızı uzun müddət xatırlayacam.””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*