20 Noyabr 2017, Bazar ertəsi - 06:12

Felipe Massa FW38-dən razıdır

Felipe Massa FW38-dən razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

12:58 - 25 Fevral, 2016

Williams komandasının sürücüsü Felipe Massa yağ sızıntısına görə testləri vaxtından əvvəl birirmısinə baxmayaraq, FW38-dən razı qalıb…

F-1.az xəbər verir ki, Felipe Massa testlərin üçüncü günündə 109 dövrə vurub və günü 10-cu yerdə bağlayıb.

Felipe Massa FW38 barədə təəssüratlarını bölüşüb: “Bu gün 109 dövrə vurduq və yaxşı gün oldu. Testlərin əvvəlində FW38-i tanımağa çalışdım.

Yeni bolidin keçənilkindən daha yaxşı olduğunu hiss etmək insana xoş təəssürat bağışlayır. Amma yeni bolidin üzərində davamlı işləməlisiniz.

Gün ərzində bolidin üzərində işlədik. İlkin təəsüratlarımız yaxşıdır. Yeni boliddə görüləcək çox iş var. Amma hələ görəcəyimiz çox iş var.

Heyif ki, günün sonunda bəzi problemlərimiz oldu, amma bizə çox təsir etmədi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər , ,
Paylaş

logo