F.Briatore: “Tezliklə biz komandanın heyətini söyləyəcəyik”

Almaniyanın DPA agentliyinə müsahibəsində Flavio Briatore Fernando Alonsonun Ferrari-yə keçidini təsdiq etməyib, komanda yekun qərar qəbul etdikdən sonra komandanın heyəti […]

Almaniyanın DPA agentliyinə müsahibəsində Flavio Briatore Fernando Alonsonun Ferrari-yə keçidini təsdiq etməyib, komanda yekun qərar qəbul etdikdən sonra komandanın heyəti barədə bəyanat verəcək…

Flavio Briatore: “İki ildir ki, məndən Fernandonun keçidi barədə soruşurlar, tezliklə, bu barədə qərar qəbul olunduqdan sonra biz uyğun bəyanatı yayacayıq, biz komandanın heyətini söyləyəcəyik. Bizim Ferrari ilə əla münasibətlərimiz var, ümid edirəm ki, elə belə də qalacaq. Bu komanda hörmətə layiqdir, amma biz trasda onlardan güclü olmaq üçün hər şey edirik. ”

Çoxları hesab edir ki, Roman Qrojan gələn mövsüm komandada yerini saxlayacaq, Fernando Alonsonu isə Robert Kubitsa əvəz edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*