F.Briatore Red Bull-da komanda taktikasından şübhələnir

Renault komandasının keçmiş başçısı, Mark Uebberin keçmiş meneceri Flavio Briatore Monakoda jurnalistlərə bildirib ki, Red Bull komandasında sürücülərin bərabərliyi yoxdur… […]

Renault komandasının keçmiş başçısı, Mark Uebberin keçmiş meneceri Flavio Briatore Monakoda jurnalistlərə bildirib ki, Red Bull komandasında sürücülərin bərabərliyi yoxdur…

Flavio Briatore: “Red Bull kifayət qədər böyük komandadır, hər iki sürücüsünə eyni maşın vermək iqtidarındadır, amma hər dəfə maşınlardan birinə nəsə olur. Mən başa düşürəm, Formula1 bəxtdən də müəyyən qədər asılıdır, amma ruletka oyununda hər dəfə eyni rəqəm düşərsə, deməli ruletkanın altında maqnit var. Mən Hornerin səmimiliyinə tərəddüd etmirəm, amma baş verənlər çox qəribədir.

Mark Uebberin uğuru Formula1-in xeyrinə olardı – Mark Sebastyanın real yeganə rəqibidir, onu azarkeşlərin 90%-i dəstəkləyir. Onların mübarizəsi Senna və Prostun mübarizəsi kimi parlaq ola bilrədi, amma onlar eyni maşınlarda yarışırdılar, Red Bull-da isə maşınların yalnız rəngləri eynidir.

Əlbəttə, Fernando Alonso və Lyuis Həmiltonun RB7-nin sükanı araxsında hansı nəticələr göstərmələri maraqlı olardı, bəlkə də stabil olaraq hamını bir dövrə qabaqlayardılar. Fettel öz işinin öhdəsindən əla gəlir, səhvə yol vermir – əgər Sebastyan belə stabil qalarsa, titulun taleyi 3 yarışdan sonra həll olunacaq. Red Bull-un əsas üstünlüyü Ədrian Nyuidir, o, Formula1-in mühəndisləri arasında Leo Messidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*