F.Briatore: “Qaydalar hamı üçün eyni olmalıdır”

Renault F1 komandasının başçısı Flavio Briatore bəzi komandaların diffuzorun konstruksiyasını hazırlayarkən texniki reqlamentin qaydalarını istədikləri kimi yozduqlarından narazılığını bildirib. Beləki, […]

Renault F1 komandasının başçısı Flavio Briatore bəzi komandaların diffuzorun konstruksiyasını hazırlayarkən texniki reqlamentin qaydalarını istədikləri kimi yozduqlarından narazılığını bildirib. Beləki, Williams və Toyota maşınlarında diffuzorun hündürlüyü maksimum icazə verilən 175 mm-dən hündürdür – buna səbəb arxa təhlükəsizlik elementinin qeyri-adi konstruksiyasıdır. Bu zaman FİA prezidenti Maks Mosli hesab edir ki, diffuzorlar qaydalara uyğundur, problem isə qaydaların qeyri-dəqiq ifadə olunmasındadır – bu barədə Flavio Gazzetta dello Sport qəzetinə müsahibəsində danışıb.

Flavio Briatore: “Əgər hərə qaydaları özü istədiyi kimi yozsa ədalətsizlik olacaq. Elə təəssürat yaranır ki, texniki reqlamentin iki versiyası var: bəzi komandalara diffuzorun müəyyən konstruksiyasını tətbiq etmək olar, digərlərinə isə olmaz. Biz Formula1-dən bunu gözləmirik. Biz tam aydın qaydalar istəyirik və qaydalar hamı üçün eyni olmalıdır.”

Amma Briatore Renault-un hər hansı bir şikayət edəcəyini şərh etməyib: “Baxaq görək mövsümün ilk yarışı necə olacaq, amma ən azı üç komanda qaydalara hörmət etmir.”

Xatırladaq ki, keçən ay Maks Mosli vəziyyəti şərh edərkən demişdi ki, diffuzorların mübahisəli konstruksiyası ağıllı fikirdir, amma istisna etməmişdi ki, Melburnda komandalar şikayət etməyəcəklər. Briatorenin fikrincə, problem yalnız diffuzorlarla bitmir. O həm də KERS-lə vəziyyətdən də narazıdır, çünki bəzi maşınlarda sistem var, digərlərində isə yoxdur.

Flavio Briatore: “Avstraliyada heç də bütün maşınlarda KERS olmayacaq və azarkeşlər bunu başa düşə bilməyəcəklər. Mən istəmirəm ki, keçənilki vəziyyət bir daha təkrar olunsun. Keçən il biz motor reqlamentinin dondurulması qaydalarına tam əməl etdik, nəticədə bizim motorlar mövsümün ortasında digərlərindən 50 at gücü zəif oldu. Bu da oxşar vəziyyətdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*