F.Briatore növbəti məhkəməyə hazırlaşır

Britaniyanın Times qəzeti bu gün bildirib ki, Benetton və Renault komandalarının keçmiş başçısı Flavio Briatoreni daha bir qalamaqal gözləyir. Bu […]

Britaniyanın Times qəzeti bu gün bildirib ki, Benetton və Renault komandalarının keçmiş başçısı Flavio Briatoreni daha bir qalamaqal gözləyir. Bu dəfə dizayner Ancelo Qalasso onu məhkəməyə verib – Ancelo 2004-cü ildə Flavio ilə birlikdə Billionaire Couture paltar seriyasını hazırlayıb buraxmışdı.

İki italiyalı mütəxəssis müəyyən dairələrdə məşhur olmuş leybl uğrunda mübarizə aprır. Keçən həftə London məhkəməsi Qalassodan ittiham ərizəsini qəbul edib – o hesab edir ki, Flavio qanunsuz olaraq biznesdə onun payını mənimsəyib

Lap əvvəldən Briatoreyə səhmlərin 51%-i, Qalassoya isə 49%-i məxsus idi, amma dizaynerin bildirdiyinə görə, 2007-ci Flavio ona təklif edib ki, səhmlərinin bir hissəsindən İtaliyanın Percassi Group şirkətinin xeyrinə imtina etsin. Anceloya səhmlərin 20%-i və illik gəlirin 5%-i təklif olunub, amma o özünün səhm sertitikatını təqdim edərkən, Briatore onu qəbul etməyib.

Ancelo Qalasso: “Mən çox, lap çox məyus olmuşam. Flavio həmişə deyirdi ki, “mənə etibar elə.” Amma bizim öhdəlikləri yerinə yetirmədi. O biznesə hörmət eləmir, elə mənə də hörmət eləmir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*