F.Briatore: “Məhkəmənin qərarını gözləmək lazımdır”

Renault F1 komandasının başçısı Flavio Briatore təkid edir ki, onun komandası mövsümün uğursuz startına baxmayaraq, titul uğrunda mübarizəyə qatılmağa ümid […]

Renault F1 komandasının başçısı Flavio Briatore təkid edir ki, onun komandası mövsümün uğursuz startına baxmayaraq, titul uğrunda mübarizəyə qatılmağa ümid edir. Keçən uik-end ikiqat dünya çempionu fernando Alonso bildirib ki, Renault daha böyük səylə R29-un modernizasiyası üzərində çalışmalıdır, çünki maşın yarışlarda qələbə uğrunda mübarizə aparmağa imkan vermir. Briatore hesab edir ki, məsələ yalnız Renault-nun problemlərində deyil, əsas səbəb bəzi komandaların mübahisəli ikimərtəbəli diffuzorlardan istifadə etməsidir…

Flavio Briatore: “Hazırda üç komandadan başqa bütün komandalar çətin anlar yaşayırlar. Malayziya yarışı çətin keçdi, xüsusən də hava sarıdan və bizim maşınlara asfalta yatma qüvvəsi çatışmırdı, bu tam aydındır. Amma biz təslim olmuruq. Aprelin 14-də FİA-nın Apelyasiya Məhkəməsi keçəcək, gözləyək görək nə qərar qəbul edəcəklər.

Son uik-end baş verənlər normal deyil. Malayziyada biz gördük ki, belə diffuzorlar nə qədər üstünlük verir – Batton hamıdan bir saniyə sürətli idi. Aydındır ki, Brawn GP maşınları yeksək asfalta yatma qüvvəsi ilə və qraund-effektlə fərqlənirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*