20 Noyabr 2017, Bazar ertəsi - 13:24

F.Briatore: “Geriqalmanı aradan qaldırmaq mümkün deyil”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:17 - 17 Aprel, 2009

Renault F1 komandasının başçısı Flavio Briatore hesab edir ki, ikili diffuzorları leqal hesab etmiş Apelyasiya Məhkəməsinin qərarından sonra onun komandasının […]

Renault F1 komandasının başçısı Flavio Briatore hesab edir ki, ikili diffuzorları leqal hesab etmiş Apelyasiya Məhkəməsinin qərarından sonra onun komandasının titul ümidləri puça çıxıb. Briatorenin fikrincə, Brawn GP, Toyota və Williams komandalarına çatmaq üçün digər komandalara çox vaxt lazım gələcək…

Flavio Briatore: “Bizim komandaların sürücüləri dünya çempionları olublar, onlardan biri isə hələ də bu titulu daşıyır. Amma bu gün titul uğrunda mübarizəni praktiki olaraq istefaya çıxmış veteran və yaxşı oğlan olsa da çox yavaş olan sürücü aparırlar. Bilmirəm ki, belə bir vəziyyət kimə xoşdur. Geriqalmanı isə aradan qaldırmaq mümkün deyil.

Üç-dörd yarışdan sonra titulun taleyi həll olunacaq və mən inanmıram ki, tamaşaçılar Batton, Nakacima və ya hansısa başqa bir sürücünün liderlik etdikləri çempionata baxmaqdan ləzzət alacaqlar.

Büdcənin 30 milyon dollarla məhdudlaşdırılması məsələsi müzakirə olunarkən, biz 15 milyon KERS-ə xərcləmişik, indi daha 10 milyon diffuzora xərcləyəcəyik. Yerdə qalan 5 milyon isə avadanlığın daşınması üçün və personalın məvaciblərodir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 89
Teqlər
Paylaş

logo