F.Alonsonun meneceri Ferrari-yə marağı təsdiq edib

Fernando Alonsonun Ferrari-yə keçməsi barədə söhbətlər komandanın mətbuat xidmətinin rəsmi təkzibinə baxmayaraq, daha yüksək səslənir. Almaniya Qran Prisi günlərində Alonso […]

Fernando Alonsonun Ferrari-yə keçməsi barədə söhbətlər komandanın mətbuat xidmətinin rəsmi təkzibinə baxmayaraq, daha yüksək səslənir. Almaniya Qran Prisi günlərində Alonso vurğulayıb ki, başqa komandalarla danışıqlar aparmaq vaxtı hələ yetişməyib, amma onun meneceri, Luis Qarsiya Abad öz yetirməsinin Skuderiyaya marağını gizlətməyib…

Luis Qarsiya Abad: “Fernando bir vaxt Ferrari-də olmaq istərdi, bu sirr deyil. Amma hələlik, həqiqətən, belə bir imkandan danışmaq tezdir.”

Xatırladaq ki, Ferrari-nin hər iki sürücüsünün komanda ilə müqaviləsi formal olaraq gələn ilin sonuna qədər etibarlıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*