F.Alonso zədələnib

Fernando Alonso dünən Madonna di Kampilyoda ənənəvi Wrooom tədbirində komanda yoldaşları kimi xizək və snoubordda gəzməyib. İspaniya mətbuatının verdiyi xəbərə […]

Fernando Alonso dünən Madonna di Kampilyoda ənənəvi Wrooom tədbirində komanda yoldaşları kimi xizək və snoubordda gəzməyib. İspaniya mətbuatının verdiyi xəbərə görə, buna səbəb sürücünün sağ ayağının əzələsinin dartılması olub…

Alonso bu xəbəri zarafatla qarşılayıb, “həkimlər mənə məsləhət görüblər ki, bir həftə divanda dincəlim,” amma qeyd edib ki, kiçik zədəyə baxmayaraq, fiziki formasını saxlamaq üçün idman zalında məşq edir, “sadəcə velosiped sürmürəm və futbol oynamıram.”

Bu gün Wrooom-un rəsmi proqramında Ferrari komandasının başçısı Stefano Domenikalinin mətbuat konfransı planlaşdırılıb, axşam isə Ducati komandası MotoGP seriyası üçün builki motosikletini təqdim edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*