Monakoda finişdən sonra Fernando Alonso etiraf edib ki, Fettel və Kovalaynen yarışı yarımçıq dayandırmasalar o xal qazana bilməzdi…
Fernando Alonso: “Bu bizim maksimumdur. Doqquzuncu yerdən start alarkən yarışmaq asan deyil, düzdür, trafik üzündən bəzən öz tempimizdə gedə bilmirdim. Amma biz əvvəldən bilirdik ki, liderlərə çata bilməyəcəyik və yeddinci yer Fettel və Kovalaynenin yarışı yarımçıq dayandırmalarının nəticəsidir.
Qarşımda tras boş olanda dövrədə sürətim pis deyildi, amma ümumən uik-endi yaxşı adlandırmaq olmaz, çünki nə sıralanma turunda, nə də yarışda sürətimiz kifayət qədər yüksək deyildi. Növbəti mərhələdə sürətimizi artırmalıyıq, Türkiyədə yeni qabaq antiqanad alacayıq, baxaq görək bu element rəqiblərə çatmağa kömək edəcəkmi?”