F.Alonso Wrooom festivalında kartinq yarışının qalibi olub (video)

Fernando Alonso bu gün Wrooom qış festivalı çərçivəsində donmuş gölün üzərində keçirilmiş kartinq yarışının hər iki startında qələbə qazanıb. Sıralanma […]

Fernando Alonso bu gün Wrooom qış festivalı çərçivəsində donmuş gölün üzərində keçirilmiş kartinq yarışının hər iki startında qələbə qazanıb.

Sıralanma turunda Felipe Massa poul qazanıb, Alonso ikinci olub. Birinci yarışın startında Ferrari-nin sürücüləri elə birinci döngədə toqquşublar, amma Alonso mübarizəyə qayıdıb və tezliklə liderliyi ələ alıb. İkinci yarışda isə sürücülər birinci yarışın nətcəsinin tərs variantında start alıblar, yəni Alonso 8-ci yerdən start alıb. Amma ispaniyalı sürücü rəqiblərini növbə ilə keçərək daha bir qələbə qazanıb.

Cankarlo Fizikella ikinci olub – nahardan əvvəl isə Cankarlo xizək yarışında qələbə qazanmışdı. Felipe Massa kartinq yarışında üçüncü olub…

wroom-7
wroom-8

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*