F.Alonso və R.del Rosarionun musiqi zövqləri fərqlidir…

El Sueño de Morfeo qrupunun vokalisti ispaniyalı müğənni Rakel del Rosario əmin edir ki, öz həyat yoldaşını, Formula1-in ikiqat dünya […]

El Sueño de Morfeo qrupunun vokalisti ispaniyalı müğənni Rakel del Rosario əmin edir ki, öz həyat yoldaşını, Formula1-in ikiqat dünya çempionu Fernando Alonsonu heç bir kişiyə dəyişməz, hətta Hollivud ulduzu Corc Kluniyə də.

Məsələ ondadır ki, Rosario məşhur San Remo mahnı festivalında iştirak etməyi planlaşdırır, festivalın aparıcısı isə Klunin rəfiqəsi italiyalı model və aktrisa Elizabetta Kanalisdir.

Milanda dərc olunan Corriere della Sera qəzetinə müsahibəsində Rosario jurnalistin zarafatyana – Fernando Alonsonu Corc Kluniyə dəişməyə hazır deyilsiniz? – sualına cavab verməli olub…

Rakel del Rosario: “Yox, heç vaxt! Mən onu heç kimə dəyişmərəm. Amma xahiş edirəm ki, Elizabettaya deməyin.”

Yeri gəlmişkən, Rosario etiraf edib ki, onun musiqi zövqü ərinin zövqündən fərqlənir: əgər o daha çox məşğul olduğu pop musiqiyə üstünlük verirsə, Alonso elektron janrlara üstünlük verir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*