F.Alonso şəxsi sponsorlardan gəlirə görə liderdir

Fernando Alonsonun Ferrari ilə müqaviləsi müasir Formula1 sürücüləri üçün ən bahalı müqavilə sayılır, düzdür, bu müqavilənin böyük bir hissəsini Santander […]

Fernando Alonsonun Ferrari ilə müqaviləsi müasir Formula1 sürücüləri üçün ən bahalı müqavilə sayılır, düzdür, bu müqavilənin böyük bir hissəsini Santander bankı ödəyir. Amma Almaniyanın marketinq sahəsində ixtisaslaşmış WundV nəşrinin dərc etdiyi reytinqə də Alonso başçılıq edir – reytinq şəxsi sponsorlardan əldə etdikləri gəlirə görə tərtib olunub…

WundV hesablayıb ki, keçən il Fernando şəxsi sponsorlarından (Puma, Tag HeuerSantander) 8 milyon Avro qazanıb.

Reytinqdə ikinci yeri Mixael Şumaher tutur – yeddiqat dünya çempionunun sponorlarından gəliri 6 milyon Avro təşkil edib. Lyuis Həmilton 5 milyon, Sebastyan Fettel 4 milyon, Censon Batton isə 3 milyon Avro gəlir əldə ediblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*