F.Alonso rəsmən boşanıb

Fernando Alonso və ispaniyalı müğənni Rakel del Rosario mətbuata boşandıqlarını bəyan ediblər – nikahda beş il yaşayan cütlük rəsmi bəyanat […]

Fernando Alonso və ispaniyalı müğənni Rakel del Rosario mətbuata boşandıqlarını bəyan ediblər – nikahda beş il yaşayan cütlük rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir: “Beş il sürən nikahdan sonra biz ailə münasibətlərimizə son qoymağı qərara almışıq. Bu çətin, amma qarşılıqlı qərardır. Biz nikahı pozuruq, lakin dost qalırıq, biz əvvəlki kimi bir-birimziə sıx bağlılıq hiss edirik və bir-birimizə xoşbəxtlik arzu edirik.

Bu bəyanat bizim karyeramızı diqqətlə izləyənlərə ünvanlanıb, biz hər cür şayiələrə son qoymaq istəyirik. Biz mətbuatdan xahiş edirik ki, həmişə müdafiə etməyə çalışdığımız şəxsi həyat hüququmuza hörmət etsinlər.

Məhəbbətlə, Rakel və Fernando.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*