F.Alonso: “Qüvvələr nisbətini yalnız Melburnda biləcəyik”

Santander bankının Madriddə təşkil etdiyi sponsor tədbirində Fernando Alonso qarşıdakı mövsümdə qüvvələr nisbəti barədə danışıb… Fernando Alonso: “Qüvvələr nisbətini biz […]

Santander bankının Madriddə təşkil etdiyi sponsor tədbirində Fernando Alonso qarşıdakı mövsümdə qüvvələr nisbəti barədə danışıb…

Fernando Alonso: “Qüvvələr nisbətini biz yalnız Melburnda biləcəyik, amma hələlik mən maşından razıyam – yeni maşın çox etibarlıdır. Əgər hər şey bizim planlaşdırdığımız kimi alınsa, biz titul uğrunda mübarizə aparan komandalar qrupunda olacayıq, bu qrupda Red Bull, McLaren, Mercedes GP və keçən illə müqayisədə böyük addım atmış Lotus Renault GP olacaq. Hətta Toro Rosso hissolunan dərəcədə inkişaf edib.

Testlərə istinadən deyə bilərəm ki, bu il təkərlər tez yeyildiyi üçün biz yarışın gedişində daha çox pit-stop edəcəyik. Deyə bilmərəm ki, mən bunu çox istəyirəm – bu faktlar güclü komandalara mane ola bilər. Təsəvvür edin ki, əgər futbolda hər yarım saatdan bir penalti vurmağı qərara alsaydılar, inanmıram ki, Barselona və ya Real bu qərardan razı qalardılar.

Hərçənd, vəziyyət hamı üçün eynidir. Sürət üstünlüyü qazanmaq olduqca vacib olacaq – mən inanmıram ki, biz rəqiblərimizə nisbətən bir dənə az pit-stop edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*