F.Alonso pop-ulduzlarla birlikdə reklama çəkilib

İtaliyalı müğənnilər Eros Ramazotti, Paolo Belli və Ferrari-nin sürücüsü Fernando Alonso reklam videoçarxının çəkilişində iştirak ediblər – onlar musiqi xadimlərindən […]

İtaliyalı müğənnilər Eros Ramazotti, Paolo Belli və Ferrari-nin sürücüsü Fernando Alonso reklam videoçarxının çəkilişində iştirak ediblər – onlar musiqi xadimlərindən tərtib olunmuş Nazionale Cantanti və Skuderiyanın sürücülərinin oynadıqları Squandra Telethon komandaları arasındakı futbol oyununu reklam ediblər.

Ramazotti və Bellli ilə yanaşı Modena stadionunun yaşıl meydançasına Canni Morandi, Enriko Ruceri, Luka Barbarossa və başqa estrada uduzları çıxacaqlar, ulduzlar Felipe Massa, Fernando Alonso, Cankarlo Fizikella və Ferrari-nin başçısı Stefano Domenikali-yə qarşı mübarizə aparacaqlar. Onlarla yanaşı Telethon komandasında tanınmış milli idmançılar və məxsusis olaraq dəvət olunmuş məşhurlar oynayacaqlar.

Fyoranoda çəkilmiş reklam çarxının senarisinə görə, Eros Ramazotti qırmızı Ferrari California ilə gəlir və Alonsonu futbol oynamağa dəvət edir. Sürücü razılaşır və dostlarını – Massa və Fizikellanı da özü ilə götürür, həm də yeni Ferrari-ni sürməyə icazə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*