21 Sentyabr 2017, Cümə axşamı - 05:30

F.Alonso: “Növbəti üç yarış çox vacibdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:49 - 30 Aprel, 2009

Fernando Alonso hesab edir ki, növbəti üç yarış çempionatda həlledici olacaq: bu yarışlardan sonra məlum olacaq ki, Renault zəif başladığı […]

Fernando Alonso hesab edir ki, növbəti üç yarış çempionatda həlledici olacaq: bu yarışlardan sonra məlum olacaq ki, Renault zəif başladığı mövsümdə nəyə qadir olacaq və titul uğrunda mübarizə aparmağa şansı varmı…

Fernando Alonso: “Düşünürəm ki, növbəti üç yarış çox vacib olacaq – İspaniya, Monako və Türkiyə. Bütün komandalar bu yarışlara tam yeni maşınlarını hazırlayacaqlar. Kimsə yeni maşınını Barselonaya gətirəcək, kimsə Monakoya, son iki komanda isə modernizə olunmuş maşınlarını Türkiyədə göstərəcək. Məhz onda biz görəcəyik ki, kim çempionatda real qələbəyə namizəddir, kim podium uğrunda mübarizə aparacaq və kim əlini hər şeydən üzə bilər.

Baxarıq. Bu gün çempionatda liderlik edən iki şəxsi komanda əslində böyük komandalardır. Biz onları şəxsi adlandırsaq da, əslində belə deyil. Red Bull və Brawn GP-nin malik olduqları texniki və iqtisadi resurslar çox böyükdür, bəlkə də Renault-da olduğundan çoxdur. Bunu nəzərə alamq lazımdır. Renault və Mercedes isə utanmalıdırlar: o boyda məsrəf sərf ediblər, motor hazırlayıblar, indi isə çempionatda mübarizəni Brawn GP və Red Bull aparır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 66
Teqlər
Paylaş

logo