F.Alonso: “Nəticədən razıyam”

Fernando Alonso ev yarışında dördüncü yerdən start alsa da, finiş xəttini ikinci keçib, ispaniyalı sürücü çempionatda da ikinci yerə yüksəlib […]

Fernando Alonso ev yarışında dördüncü yerdən start alsa da, finiş xəttini ikinci keçib, ispaniyalı sürücü çempionatda da ikinci yerə yüksəlib – indi ikiqat dünya çempionu sonuncu çempion Censon Battona cəmi üç xal uduzur…

Fernando Alonso: “Mən nəticədən çox razıyam. Yarışın sonunda gözlənilmədən iki mövqe qazandım, bu həmişə xoşdur! Uik-end bizim üçün yaxşı keçmirdi, amma nəticələr əla oldu – sıralanma turunda dördüncü və yarışda ikinci yer, komanda üçün əla nəticədir.

Biz bilirik ki, sürətimizi artırmalıyıq, xüsusən də sıralanma turunda. Bu uik-endə komanda bir neçə yenilik hazırlamışdı, biz bu yeniliklərin potensialını reallaşdırmaq üçün gərgin işlədik. Biz bilirik ki, bəzən üçüncü və ya beşinci yerdə yarışı başa vura bilərik, amma hər şeyi etdiyimizə əmin olduqda razı qala bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*