F.Alonso: “Məni heç kim dəyişə bilməz”

Ekspertlər və rəqiblərinin çoxu Fernando Alonsonu müasir Formula1-in ən yaxşı sürücülərindən biri hesab edirlər və Ferrari komandasında onun iş səviyyəsi […]

Ekspertlər və rəqiblərinin çoxu Fernando Alonsonu müasir Formula1-in ən yaxşı sürücülərindən biri hesab edirlər və Ferrari komandasında onun iş səviyyəsi bu fikrin doğruluğunu sübut edir. Heç də sürətli olmayan maşınların sükanı arxasında ispaniyalı sürücü son üç ildə iki dəfə sonuncu Qran Priyə qədər titul uğrunda mübarizə aparıb.

Dünən Barselonada təşkil olunmuş mətbuat konfransında ikiqat dünya çempionu bildirib ki, öz nailiyyətləri ilə fəxr edir və dəyişməyə hazırlaşmır…

Fernando Alonso: “Heç kim məni dəyişməyə məcbur edə bilməz, hətta yeddi titul qazanmış Mixael Şumaxer. Mən gecələr rahat yatıram, çünki özümün bütün nailiyyətlərimlə fəxr edirəm. Mən kartinqdə iki titul qazanmışdım, sonra Renault komandasında iki dəfə dünya çempionu oldum. 2007-ci ildə McLaren-də çıxış edərkən son yarışa qədər titul uğrunda mübarizə apardım. İndi Ferrari-də də bu mübarizədə iştirak edirəm.

Mən hesab edirəm ki, indi əvvəlkinə nisbətən daha rəqabətədavamlı sürücü olmuşam və ümid edirəm ki, çempionatda yenə də qələbə qazanacam. Öz vaxtında Mixael yeddi titul qazanmışdı – onun öz iş stili var idi, mən isə öz stilimdə işləyirəm.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*