F.Alonso: “Mən özümdən çox narazıyam”

Ferrari komandası Çində uğursuz çıxış edib, hərçənd, Fernando Alonso çoxsaylı pit-stoplara və falstarta görə pit-leyndən keçməklə aldığı cəriməyə baxamayaraq, yarışı […]

Ferrari komandası Çində uğursuz çıxış edib, hərçənd, Fernando Alonso çoxsaylı pit-stoplara və falstarta görə pit-leyndən keçməklə aldığı cəriməyə baxamayaraq, yarışı dördüncü yerdə başa vura bilib…

Fernando Alonso: “Yağışlı yarışda hər şey ola bilər. Biz həddən çox pit-stop keçirdik: beş dəfə təkər dəyişməli olduq. İstənilən halda, məncə, biz hər dəfə düzgün qərar qəbul edirdik.

Belə yarışda yalnız finişdən sonra başa düşmək olar ki, həmin anda necə qərar daha düzgün olardı, çünki nə sürücülər, nə də komanda başçıları görücü deyillər.

Mən startda ciddi səhvə yol verdim: mən reaksiyamın qurbanı oldum və yerindən çox tez tərpəndim. Əvvəllər belə şey etməmişdim, ona görə də özümdən çox narazıyam. Xoşbəxtlikdən, cəriməyə baxmayaraq, finişdə dördüncü oldum.

Felipeni keçməyim? Əgər o mənim komanda yoldaşım olmasaydı, bu barədə heç kim heç nə deməzdi: amma məncə, mən her şeyi düzgün etdim və bizim münasibətlərə xələl gəlməyəcək. Komandanın əla potensialı var və biz ümid etməliyik ki, bir neçə növbəti yarışı normal keçirə biləcəyik, məsələn, Bəhreyndə olduğu kimi.

Çempionatın startı pis alınmadı: biz bütün traslarda rəqabətədavamlı olduğumuzu göstərdik və titul uğrunda mübarizə aparmaq üçün hər bir şeyimiz var. Əlbəttə, biz çoxlu xal qazanmalıyıq və sıralanma turunda sürətimizi artırmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*