F.Alonso: “Mən bu podiumu Briatoreyə həsr edirəm”

Sinqapurda Fernando Alonso mövsümdə ilk dəfə olaraq podium qazanıb. Finişdən sonra mətbuat konfransında ispan sürücü qazandığı podiumu komandanın keçmiş başçısı […]

Sinqapurda Fernando Alonso mövsümdə ilk dəfə olaraq podium qazanıb. Finişdən sonra mətbuat konfransında ispan sürücü qazandığı podiumu komandanın keçmiş başçısı Flavio Briatoreyə həsr etdiyini bildirib – yarışdan bir qədər əvvəl Flavio FİA-nın Ümumdünya Şurası tərəfindən ömürlük diskvalifikasiya alıb…

Fernando Alonso: “Bizim fantastik komandamız, mexanik və mühəndislərimiz var, bu il bütün əməkdaşalrımız gərgin işləyiblər. Bu il bəzən yaxşı nəticələr göstərmişik, bəzən isə bəxtimiz gətirmirdi, amma son qalmaqalı nəzərə alsaq, bu podium xüsusidir. Biz komanda üçün çətin anlar yaşadıq, amma hər şey arxada qaldı və biz diqqətimizi son yarışlara yönəltmişik. Mən bu podiumu Flavio Briatoreyə həsr edirəm, o bu yarışı evdən izləsə də, bu uğurun bir hissəsidir.

Birinci dövrə asan olmadı, yeddinci döngədə biz Markla mübarizə aparırdıq, trasdan kənara çıxdıq və Timo səkkizinci döngədə məni qabaqladı. Həmin mübarizədə mən Timoya uduzdum və finişdə o məni qabaqladı. Amma uik-endin gedişində maşın yüksək yerlərə ümid etməyə imkan vermirdi, amma biz yaxşı nəticə göstərə bildik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*