F.Alonso: “Maşını təkmilləşdirmək üçün Ferrari-yə vaxt lazımdır”

Bu gün Fernando Alonso Santander bankının Madrid yaxınlığındakı Xarama trasında təşkil etdiyi nümayiş şousunda F458 İtalia maşınının sükanı arxasına oturub. […]

Bu gün Fernando Alonso Santander bankının Madrid yaxınlığındakı Xarama trasında təşkil etdiyi nümayiş şousunda F458 İtalia maşınının sükanı arxasına oturub. Şouya ispaniyalı jurnalistlər də dəvət olunmuşdular – onlar ikiqat dünya çempionuna usal verməklə yanaşı həm də viktorinada iştirak ediblər, qaliblər isə Ferrari sürücüsü ilə bir maşında trasa çıxıblar.

Fernando Alonso: “Biz maşın üzərində işimizi davam etdiririk. Çox güman ki, biz kiçik addımlarla irəliləyirik, amma bu stabil inkişafdır: biz Xereslə müqayisədə Barselonada inkişafa nail olduq, bu həftə isə F2012-ni daha sürətli etməyə çalışacayıq və bu işi melburnda davam etdirəcəyik. Qarşıda işimiz çoxdur, bugünkü vəziyyətə gəlincə, mövsümün birinci yarışına hazırlığımıza mane ola biləcək səbəb görmürəm.

Cəmi dörd test günümüz qalıb, amma biz maşını Avstraliya Qran Prisinin cümə sərbəst üyrüşlərində də təkmilləşdirməyə davam edəcəyik. Bizim çox mürəkkəb texnikamız var, ona görə də onun təkmilləşdirilməsi vaxt tələb edir. Ümumi sıralanmada hansı yeri tutduğumuzu hələ söyləmək mümkün deyil, amma Red Bull maşınları yenə də sürətlidirlər, lakin bu gözlənilməz deyil.

Mövsümün uğurlu startı bizə xeyirli olardı, axı uğur həmişə komdandada gərginliyi azaldır, amma birinci yarışda qələbə uğrunda mübarizə apara bilməsək, vacibdir ki, ilk yarışlarda müxtəlif sürücülər qələbə qazansınlar. Yalnız bu halda mövsümün sonunda biz titul uğrunda mübarizəyə qoşula bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*