19 Noyabr 2017, Bazar - 18:18

F.Alonso: “Geriqalmanı ləğv etmək üçün vaxt tələb olunu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

03:40 - 17 Aprel, 2009

Fernando Alonsonun fikrincə, Renault və digər komandaların ikili diffuzorlar quraşdırılmış Brawn GP, Toyota və Williams maşınlarına çatması üçün vaxt tələb […]

Fernando Alonsonun fikrincə, Renault və digər komandaların ikili diffuzorlar quraşdırılmış Brawn GP, Toyota və Williams maşınlarına çatması üçün vaxt tələb olunur. FİA-nın Apelyasiya Məhkəməsinin dünənki qərarı faktiki olaraq bu üç komandanın üstünlüyünü qoruyub saxlayıb, rəqiblər isə çətin məsələ həll etməlidirlər – bu texniki yeniliyi nüsxələməklə öz şassilərinə uyğunlaşdırmaq lazımdır…

Fernando Alonso: “Biz sürücüyük, mühəndis deyilik və texniki incəlikləri başa düşmürük, reqlamentdən baş çıxarmırıq, amma bu faktdır ki, bəzi maşınlar bizdən sürətlidirlər. Geriqalmanı ləğv etmək və Brawn GP, Toyota və Williams maşınlarında çatmaq üçün vaxt tələb olunur.

İnanmıram ki, məsələ bircə diffuzordadır və ya hansısa bir möcüzəli detaldadır, adama elə gəlir bu elementi maşına qoyan kimi onun sürəti dərhal artacaq. Biz şassini bir qədər dəyişməliyik, özü də ön antiqanaddan başlayaraq. Maşının arxa hissəsinə hava başqa cür verilməlidir.

Düşünürəm ki, bizi bir neçə aylıq gərgin işlər gözləyir, biz vəsait xərcləməliyik ki, rəqiblərimiz kimi sürətli maşın quraq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 111
Teqlər
Paylaş

logo