F.Alonso: “Fettellə mübarizədə mən heç nə itirmirdim”

Fernando Alonso etiraf edib ki, İtaliya Qran Prisinin ilk dövrələrində Sebastyan Fettelin hücumlarından çox sərt müdafiə olunub. Alonso öz hərəkətlərini […]

Fernando Alonso etiraf edib ki, İtaliya Qran Prisinin ilk dövrələrində Sebastyan Fettelin hücumlarından çox sərt müdafiə olunub. Alonso öz hərəkətlərini belə izah edib6 ispaniyalı sürücü hesab edirmiş ki, Fettel çempionatda dominantlığını nəzərə alaraq elə də ciddi risk etməyəcək.

İkiqat dünya çempionu startda liderliyi ələ alıb, amma sonra Təhlükəsizlik Maşını trasa çıxıb və restartdan sonra Sebastyan onu keçib, amma bundan bir qədər əvvəl Grande döngəsində Ferrari sürücüsü rəqibini trasdan sıxışdırıb çıxarmışdı…

Fernando Alonso: “Sebastyanla mübarizədə mən heç nə itirmirdim. O, çempionatda böyük üstünlüklə liderlik edir, ona görə də biz müdafiə olunarkən, bunu daha sərt edəcəyik.

Son iki Qran Pridə biz yaxşı start almışdıq, amma yarışa 5-ci və ya 6-cı yerdən başlayanda ötməyə yer elə də çox olmur. Amma burda, Monsada biz bilirdik ki, trasda kifayət qədər yer var, enlidir, həm də birinci döngəyə qədər xeyli uzun məsafə qət etməliyik.”

Alonso həm də etiraf edib ki, onsuz da yarışın sonuna qədər liderliyi saxlaya bilməyəcəkdi: Batton onu ikinci yerdən mərhum edib və Alonso istisna etmir ki, Həmiltonun da hücumlarına çox müqavimət göstərə bilməzdi, yaxşı ki, britaniyalı sürücü Şumaherin arxasında çox vaxt itirmişdi…

Fernando Alonso: “Vəziyyət gərgin idi, məncə daha 1-2 dövrə vursaydıq, biz podiumu da əldən verəcəydik. Bizim bəxtimiz gətirdi ki, Lyuis uzun müddət Mixaellə mübarizə apardı, buna görə də yarışın əvvəlində hər dövrədə 1-2 saniyə itirirdi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*