F.Alonso Ferrari-375-in sükanı arxasında (video)

Fernando Alonso üçün Böyük Britaniya Qran Prisinin bazar günü digər iştirakçılara nisbətən erkən başlayıb. İkiqat dünya çempionu Ferrari-375-in sükanı arxasında Silvsertounda bir neçə dövrə vurub - məhz bu maşının sükanı araxsında Xose Froylan Qonsales 60 il əvvəl Skuderiyaya ilk qələbə qazandırıb.

F-1.az bildirir ki, yubileyi qeyd etmək üçün Berni Ekklstounun şəxsi kolleksiyasında saxlanan bu maşın trasa çıxarılıb. Qeyd edək ki, tarixi qələbədən sonra Ferrari sürücüləri daha 214 dəfə podiumun ən yüksək zirvəsinə qalxıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*