F.Alonso F10-dan yaxşı sürət gözləyir

Dünya çempionatının dördüncü mərhələsi ərərəfəsində ispaniyalı sürücü Fernando Alonso öz azarkeşlərini Skuderiyanın rəsmi saytındakı güşəsində növbəti yazısı ilə sevindirib… Fernando […]

Dünya çempionatının dördüncü mərhələsi ərərəfəsində ispaniyalı sürücü Fernando Alonso öz azarkeşlərini Skuderiyanın rəsmi saytındakı güşəsində növbəti yazısı ilə sevindirib…

Fernando Alonso: “Çində çox soyuqdur! Mən bura bazar ertəsi gəlmişəm və hələ də baharın əlamətlərini görməmişəm. Temperatur on dərəcədən aşağıdır, günortalar isə yağış yağır. Uik-endin əvvəlinə havalar düzəlməlidir, amma hər şeyə hazır olmaq lazımdır. Hərçənd, Çin Qran Prisi əvvəllər də dəyişən hava şəraitində keçib, ən azı 2007-ci və 2009-cu illəri xatırlamaq olar.

Mən artıq trasda olmuşam və mühəndislərlə bir neçə saat söhbət etmişəm. Biz vəziyyəti təhlil etdik, Malayziyada topladığımız məlumatdan danışdıq – axı yarışdan dərhal sonra biz Avropaya dönmüşdük və yarışın yekunlarını müzakirə edə bilməmişdik. Biz həmçinin, F10-un modernizə proqramından da danışdıq.

Bu dəfə biz yeni aerodinamik elementlər alacayıq – sürətimiz artmalıdır. Amma rəqiblərimiz də yeni elementlər gətirəcəklər, ona görə də qüvvələr nisbətini əvvəlcədən söyləmək çətindir – hər şey şənbə günü sıralanma turundan sonra bəlli olacaq. Amma mən gördüyümüz işə əminəm. F10 artıq arxada qoyduğumuz müxtəlif traslarda sürətli olub – həm yarışlarda, həm də fevral testlərində. Ona gröə də Çində yaxşı sürət göstərməyimizə mane ola biləcək səbəb görmürəm.

Şanxay trasə çox maraqlıdır. Trasda müxtəlif döngələr, yavaş sancaqla qurtaran düz uzun yollar var: bu yerdə həmişə çoxlu ötmələr olur.

Həmişə olduğu kimi sıralanma turu çox vacib olacaq, ona görə də təkərlərin davranışını diqqətlə izləməliyik. Tərkiblər Avstraliya və Malayziyada olduğu kimi olacaq, amma onlar daha aşağı temperatur diapazonunda işləyəcəklər. Biz Avropa yaraışları ərəfəsində maksimum xal toplamalıyıq və hər iki çempionatda liderliyimizi möhkəmlətməliyik.

Şanxaydan sonra çempionatda üçhəftəlik pauza olacaq, sürücülər və komandalar dincələcəklər. Əminəm ki, bunun hamıya xeyri olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*